BAKI, 10 iyul. TELEQRAF
"Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub.
Teleqraf xəbər verir ki, bu barədə klub məlumat yayıb.
İ.Piriyev Türkiyənin İstanbul şəhərində qasıq yırtığından əməliyyat edilib.
Bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.