BAKI, 6 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp FIFA-nın ABŞ milli komandasının hücumçusu Folarin Baloquna tətbiq olunan qadağanı ləğv etməsinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, o amerikalı futbolçunun diskvalifikasiyasına yenidən baxılmasını xahiş etdiyini etiraf edib.

"Çünki bunu qayda pozuntusu hesab etmirdim. Baloqun bizim ən yaxşı oyunçumuzdur. O, qırmızı vərəqə aldı. Bunun nə demək olduğunu bilmirdim, amma sonradan öyrəndim ki, bu, növbəti oyunda iştirak edə bilməyəcəyi anlamına gəlir. Bu, çox ədalətsizdir. Hələ keçirilməmiş bir oyuna görə o, necə cəzalandırıla bilər? Mən FIFA-dan bu qərara yenidən baxılmasını xahiş etmişəm", - deyə o qeyd edib.