BAKI, 12 iyul. TELEQRAF

Futbol üzrə dünya çempionatında Argentina İsveçrəyə qalib gəlib.

Teleqraf xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.

Argentinalılların heyətində Aleksis Makallister (10), Julian Alvares (112) və Lautaro Martines (120+1) fərqləniblər. İsveçrənin tək qolu isə Dan Ndoyedən (67) gəlib.

Qeyd edək ki, Argentina seçməsi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

***

Futbol üzrə dünya çempionatının Argentina - İsveçrə oyunundaüçüncü qol vurulub.

Teleqraf, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 2:1.

112-ci dəqiqədə Julian Alvares fərqlənib.

***

Futbol üzrə dünya çempionatının Argentina - İsveçrə oyununun əsas vaxtı başa çatıb.

Teleqraf xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1.

Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da qələbə qazanan olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.

***

Futbol üzrə dünya çempionatının Argentina - İsveçrə oyununda ikinci qol vurulub.

Teleqraf xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar hesabı bərabərləşdiriblər - 1:1.

67-ci dəqiqədə Dan Ndoye fərqlənib.

***

Futbol üzrə dünya çempionatının Argentina - İsveçrə oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir.

10-cu dəqiqədə Aleksis Makallister başla fərqlənib.

***

05:53

Futbol üzrə dünya çempionatının Argentina - İsveçrə oyununda ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir - 1:0.

10-cu dəqiqədə Aleksis Makallister başla fərqlənib.

***

05:18

Futbol üzrə dünya çempionatının Argentina-İsveçrə oyununda ilk qol vurulub.

Teleqraf xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabı açıb.

10-cu dəqiqədə Aleksis Makallister başla fərqlənib.

***

05:08

Futbol üzrə dünya çempionatının Argentina-İsveçrə oyunu başlayıb.

Teleqraf xəbər verir ki, 1/4 final mərhələsinin matçı Kanzas stadionunda keçirilir.

Qarşılaşmanı portuqaliyalı FIFA referisi Joau Pedru Pineyru idarə edir.