BAKI, 9 iyul. TELEQRAF

UEFA reytinqində Azərbaycanın əmsalı artıb.

Teleqraf xəbər verir ki, bu, “Zirə”nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi "Torpedo"nu məğlub etməsi (3:0) sayəsində mümkün olub.

Bu qələbə Azərbaycana 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) klubunu Bakıda 2:0 hesabı ilə məğlub edən "Sabah" eyni töhfəni verib.

Azərbaycan (19,062) hazırda 26-cı pillədə qərarlaşıb.