BAKI, 8 iyul. TELEQRAF

2026/2027-ci illər mövsümündə Azərbaycanın 4 voleybol klubu avrokuboklarda mübarizə aparacaq.

Teleqraf xəbər verir ki, yeni mövsümdə ölkəmizi Avropa arenasında 2 qadın və 2 kişi komandası təmsil edəcək.

Son ölkə çempionları “Turan” və “Xilasedici” CEV Çempionlar Liqasında çıxış edəcəklər. Çempionatın gümüş mükafatçıları “DH Volley” və “ORDU” isə CEV Çelenc Kubokunda qüvvəsini sınayacaq.

Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn formatda keçiriləcək.