BAKI, 8 iyul. TELEQRAF
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) İdarə Heyəti Rusiya idmançılarına qarşı məhdudiyyətləri aradan qaldırmaq barədə qərar verib.
Teleqraf xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
"Rusiyalı idmançılara və bütün idman növləri üzrə texniki rəsmilərə FIVB turnirlərində yarışlara qayıtmağa icazə veriləcək. Bu yanaşma təşkilatın idmançıların milliyyətindən asılı olmayaraq idmana çıxış hüququnu dəstəkləmək öhdəliyini əks etdirir. Rusiya milli komandaları da reytinqləri dondurulduğu zaman sahib olduqları xal sayı ilə dünya reytinqində bərpa olunacaq".
Qeyd edək ki, Rusiya Voleybol Federasiyasının prezidenti Stanislav Şevçenko TASS-a açıqlamasında Rusiyanın kişi və qadın voleybol komandalarının Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaqlarını bəyan edib.