BAKI, 14 dekabr. TELEQRAF
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman İspaniyanın “Barselona” futbol klubunun alınması üçün 10 milyard avro təklif etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "El Chiringuito" nəşrinin jurnalisti Fransua Qalyardo "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, mümkün satışa klubun prezident seçkilərində iştirak edən üzvlər mane ola bilər. Qeyd olunur ki, “Barselona”nın hazırkı prezidenti Joan Laporta daha bir müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır.