BAKI, 11 dekabr. TELEQRAF

“Bizim üçün vacib gün idi. Qazanacağımız üç xal şanslarımızı daha da artıracaqdı. Oyuna yaxşı başladıq, üstünlük bizdə idi. Amma bəzi səhvlər nəticəsində qapımızda qollar gördük”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev “Ayaks”la matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

“Əvəzetmələrə mən qarışmasam, daha yaxşı olar, bu, baş məşqçinin işidir. Qol imkanlarımız oldu, yararlana bilmədik. İtiriləcək bir şeyimiz yoxdur, əlimizdən gələni edəcəyik ki, növbəti iki oyundan maksimum yararlanaq”.