
BAKI, 6 mart. TELEQRAF
Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin yeni komandası olan Türkiyə "Çorum"unda baş məşqçi Serkan Özbalta istefa verib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Özbalta ilə müqaviləyə xitam verilib.
Qeyd edək ki, Türkiyə I Liqasının XXVIII turunda “Çorum” öz meydanında Azərbaycan yığmasının daha bir futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor"a 0:2 hesabı ilə uduzub. Coşqun Diniyev ümumiyyətlə oynamayıb, İsgəndərli isə 82-ci dəqiqədən meydanda olub. Bu nəticədən sonra “Boluspor” turnir cədvəlində 41 xalla 7-ci, “Çorum” isə 39 xalla 10-cu sırada yer alıb.