​​BAKI, 6 mart. TELEQRAF

Martın 8-də, saat 10:00-dan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avtomobil yolunun qeyd edilən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Teleqraf xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbərdarlıq edib.

Qeyd edilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.