BAKI. 4 mart. TELEQRAF

Futzal üzrə Azərbaycan millisinin AVRO-2026-nın əsas mərhələsində Yunanıstanla oyunun hazırlıq prosesinə cəlb olunan futzalçıların siyahısında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, baş məşqçi Vitali Borisovun qərarı ilə klubsuz futzalçı Seymur Məmmədov siyahıdan çıxarılıb.

Onun əvəzinə toplanışa “Baku Fire” komandasının üzvü Fərid Abbasov qatılıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq.