
BAKI, 6 mart. TELEQRAF
Rusiya həmişə öz müttəfiqlərinin mövqeyini nəzərə alır və ABŞ ilə aparacağı danışıqlarda mütləq İranın maraqlarını da nəzərə alacaq.
Teleqraf xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
"Hazırda İranın Rusiya və Çinlə uzunmüddətli strateji tərəfdaşlıq müqavilələri mövcuddur. Bu ölkələr xarici siyasət sahəsində müttəfiqlərinin maraqlarını hər zaman nəzərə alırlar. Beləliklə, Rusiya ABŞ ilə danışıqlarda İranın maraqlarını nəzərə alacaq", - məlumatda deyilir.