BAKI, 6 mart. TELEQRAF

Tarixçi-jurnalist Dilqəm Əhmədin "Türkiyədə bir millət və haqq yolcusu: Məhəmmədəmin Rəsulzadə" adlı kitabı türk dilində işıq üzü görüb.

Teleqraf xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə işıq üzü görən kitab Rəsulzadənin İstanbul (1911-13;1918;1922-1930) və Ankaradakı (1947-55) fəaliyyətindən bəhs edir.

Kitabın elmi redaktoru Türkiyə Araşdırmalar İnstitutunun nümayəndəsi Mehdi Gəncəlidir.

Martın 7-də kitabın Türkiyənin paytaxtı Ankarada Azaflı Sosial yardım və mədəniyyət dərnəyində təqdimatı keçiriləcək.