QƏBƏLƏ, 5 mart. TELEQRAF

2025-ci il Azərbaycanın İdman Paytaxtı Qəbələ şəhərində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə parad təşkil olunub.

Teleqraf xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksinin qarşısından başlayan parada gənclər və idman naziri Fərid Qayıbov, rayonun icra başçısı Səbuhi Abdullayev, olimpiya, dünya və Avropa çempionları, ayrı-ayrı idman təşkilatlarının rəhbərləri, yeniyetmə, gənc və veteran idmançılar qatılıblar.

Onlar ASAN Xidmətin qarşısınadək yol qət ediblər və səhnədə tamaşaçılar önünə çıxıblar.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonaqları salamlayaraq, layihənin həyata keçirilməsində uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov isə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman ictimaiyyətini təbrik edib. O, hamıya 2025-ci ildə yeni-yeni idman uğurları arzulayıb.

Tədbir konsert proqramı ilə davam etdirilib.