
BAKI, 12 mart. TELEQRAF
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Teleqraf xəbər verir ki, Binəqədi Rayon Polis İdərəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 1 tapança, 1 patron darağı və 4 patron tapılaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.