
BAKI, 12 mart. TELEQRAF
Ermənistan və Azərbaycan bir-birinə qarşı beynəlxalq hüquqi platformalarda (məhkəmələrdə) qaldırılan iddialardan imtina etməyi müzakirə edirlər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz bir-birimizə qarşı iddialardan, şikayətlərdən və ərizələrdən imtina etməyi müzakirə edirik. Həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində üçüncü tərəflərin iştirakının istisna olunması məsələsi müzakirə olunur”, - nazir qeyd edib.