
BAKI, 12 mart. TELEQRAF
Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində polisə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən A.Məmmədxanov və F.Ağayev müəyyən olunaraq saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.