
BAKI, 12 mart. TELEQRAF
Kiyev əməkdaşlıq edib öz təşəbbüslərini həyata keçirsəydi, Krım və Donbasın bir hissəsi istisna olmaqla, Ukraynanın 1991-ci il sərhədlərini qoruyub saxlaya bilərdi.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Əgər əməkdaşlıq edib öz təşəbbüslərini həyata keçirsəydilər, Krımsız və Donbasın bir hissəsi olmadan 1991-ci il sərhədləri qalacaqdı. Hər dəfə aldadanda uduzurlar. Bu proses davam edir”, - Lavrov bildirib.