BAKI, 12 mart. TELEQRAF

ABŞ-nin Ukraynada sülhə nail olmaq istəyi real deyil. Bu, amerikalıların Ukrayna münaqişəsindən öz maraqları üçün istifadə etmək üsuludur.

Teleqraf xəbər verir ki, bu barədə “China Daily” qəzeti yazır.

“Sülh axtarışı ABŞ prezidenti (Donald Tramp) və tərəfdaşlarının Amerikanın maraqlarını maksimum dərəcədə artırmaq cəhdlərini ört-basdır etmək üçün sadəcə bir vasitədir. Lazım gələrsə, bundan səylərini şübhə altına alan hər hansı bir tərəfə hücum etmək üçün silah kimi istifadə edə bilərlər”, - Çin nəşri bildirir.

Təhlilin müəlliflərinin fikrincə, Trampın Ukrayna və Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq istəyi ilə bağlı açıqlamalarının reallıqla heç bir əlaqəsi yoxdur.