
BAKI, 12 mart. TELEQRAF
Martın 11-də saat 20 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli hadisə baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 2012-ci il təvəllüdlü Hüseyn Emil oğlu Ələkbərli yaşadığı Babək prospekti ev 70 ünvanındakı 14 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb.
O, ehtiyatsızlıqdan evin eyvanından yıxılıb və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.