BAKI, 12 mart. TELEQRAF

Ən müxtəlif problemlər, onların ciddiliyindən asılı olmayaraq, yalnız danışıqlar və müzakirələr yolu ilə həll edilməlidir.

Teleqraf xəbər verir ki, bunu Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa XII Bakı Qlobal Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi vəziyyətlər nəzərə alındıqda, narahatlıq doğuran əsas qlobal məsələlər yalnız dialoq vasitəsilə müzakirə olunmalıdır: "Bu gün dünya üzrə ölkələr arasında gərginliklər ciddi narahatlıq yaradır. Belə şəraitdə münaqişə tərəflərinin atəşkəsə nail olması çox vacibdir. Bizim fikrimizcə, dünya miqyasında hər hansı bir məsələ, onun ciddiliyindən asılı olmayaraq, yalnız danışıqlar və müzakirələr vasitəsilə həll edilməlidir. Biz qlobal səviyyədə böyük dəyişikliklərin şahidi oluruq. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi mürəkkəb bir vəziyyətdə, qlobal səviyyədə narahatlıq doğuran məsələlərin iştirakçı ölkələr arasında müzakirəsi çox əhəmiyyətlidir".