GORANBOY, 10 mart. TELEQRAF

Goranboyda qadın dərmandan zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Kənd sakini 31 yaşlı Ş. Məmmədova ehtiyatsızlıq edərək dərmandan zəhərlənib.

Xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma başlanılıb.