
BAKI, 11 mart. TELEQRAF
Şəki rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, rayonun Baltalı kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli 4 otaqlı evin və bitişik sahəsi 16 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.