
BAKI, 12 mart. TELEQRAF
Azərbaycan bu ilin yanvar ayında 26 milyon 17.7 min dollar dəyərində 107 min 675 ədəd smartfon idxal edib.
Bu ötən ilin yanvar ayı ilə müqayisədə 10.012 ədəd azdır.
Azərbaycan smartfonu əsasən Çindən idxal edib - 92 min 935 ədəd.
Digər ölkələr üzrə idxal belədir: Vyetnam - 13 min 718 ədəd, Hindistan - 792 ədəd, Koreya Respublikası – 230 ədəd.