GƏNCƏ, 11 mart. TELEQRAF

Gəncədə 36 yaşlı qadın bıçaqlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin "Naxalovka" adlanan ərazidə qeydə alınıb.

36 yaşlı A.İsgəndərova bıçaq yarası ilə xəstəxanalardan birinə gətirilib. Qadın əməliyyat edilib.

Hazırda onun vəziyyəti orta-ağırdır.