
BAKI, 11 mart. TELEQRAF
Sabirabadda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Sabirabad şəhərində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 9 m² sahədə və içərisindəki ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.