BAKI, 12 mart. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 11-də ümumi çəkisi 15 kiloqramdan artıq narkotik vasitə, həmçinin 69 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.