BAKI, 12 mart. TELEQRAF
Azərbaycanın məşhur iş adamı - “ASPİ GLASS” Şirkətlər Qrupunun prezidenti Adil Yusifov 64 yaşında vəfat edib.
Bu barədə Teleqraf-a mərhumun ailə üzvləri məlumat verib.
Bildirilib ki, son bir ildə iş adamının səhhətində ciddi problemlər olub. O, başında yaranan bədxassəli şiş xəstəliyindən (xərçəng) əziyyət çəkirmiş. A.Yusifov Türkiyədə müalicə olunsa da, bunun bir nəticəsi olmayıb.
Mərhum Bakının Yasamal qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, A.Yusifov 1959-cu ildə Bakıda anadan olub. Uzun illərdir bizneslə məşğul olub. Onun sahibi olduğu “ASPİ GLASS” Məhdud Məsuliyyətli Cəmiyyəti əsasən şüşə qablar istehsal edir. Şirkətin nizamnamə kapitalı 1 milyon 267 min manatdır.
