
BAKI, 12 mart. TELEQRAF
Gəncə şəhərinin Məhsəti qəsəbəsində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir hadisə Qusar rayonunun Quxuroba kəndində baş verib.
Nazirlikdən bildirilib ki, ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.