BAKI, 12 mart. TELEQRAF

Keçmiş basketbolçu və ABŞ-nin “Miluoki Baks” klubunun sahiblərindən olan Junior Bricmen 72 yaşında vəfat edib.

Teleqraf NBA-ya istinadən xəbər verir ki, veteran idmançı xeyriyyə tədbiri zamanı özünü pis hiss etdikdən sonra dünyasını dəyişib.
Bricmen karyerası ərzində "Miluoki Baks" (10 mövsüm) və "Los Anceles Klippers"in (2 mövsüm) şərəfini qoruyub. O, 1987-ci ildə karyerasını bitirib.

Qeyd edək ki, Junior Bricmen "Ebony" və "Jet" jurnallarının da sahibi idi. Onun sərvəti 600 milyon dolları ötmüşdü.