
BAKI, 11 mart. TELEQRAF
“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) əməkdaşı Rəhman Səfərov 47 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə AzTV sosial media hesabında məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Səfərov Rəhman Namaz oğlu 1978-ci ildə anadan olub. O, 1998-ci ildən AzTV-də çalışıb. 27 illik əmək fəaliyyəti dövründə televiziyanın Təsərrüfat İşləri Departamentinin Dekorasiya qrupunda böyük usta vəzifəsində işləyib.
Allah rəhmət eləsin!