GORANBOY, 11 mart. TELEQRAF

Goranboyda Kəlbəcər sakininə aid avtomobil yoldan çıxaraq aşıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Veyisli qəsəbəsində qeydə alınıb.

Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini 1977-ci il təvəllüdlü Ə.S idarə etdiyi "VAZ-21099" markalı avtomobili aşırıb.

Nəticədə adıçəkilən şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə rayon hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.