CƏLİLABAD, 26 fevral. TELEQRAF

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Rayon mərkəzinə sərnişin daşıyan "Mercedes" markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan "Lada-Priora" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qəzada sərnişinlərdən biri, 65 yaşlı Hüseynova Lalə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı vəziyyətinə uyğun olaraq müvafiq şöbəyə yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yolun buz bağlaması olub.

Faktla bağlı araşdırma aparılır.