
GƏNCƏ, 26 fevral. TELEQRAF
Gəncədə avtomobil yolu keçmək istəyən 86 yaşlı kişini vurub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
1939-cu il təvəllüdlü F. İbrahimov yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.