BAKI, 26 Fevral. TELEQRAF

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yerləşən evlərin birində kirayədə yaşayan şəxsin 2800 manatlıq televizorun oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı M.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Nəsimi rayonu ərazisində yerləşən evlərin birində də baş verib. 5000 manat talamaqda şübhəli bilinən K.Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.