
BAKI, 26 fevral. TELEQRAF
Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı sosial media hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, o, soyqırımı qurbanlarını unudulmadığını bildirib.
“Azərbaycan türkü qardaşlarımızın acısını unutmamışıq. Xocalıda qətlə yetirilən qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. Qonşularımıza, soydaşlarımıza sülh və əmin-amanlıq arzulayıram. Allah bizi bir daha belə acılar yaşatmasın”, - İmamoğlu vurğulayıb.