
BAKI. 26 fevral. TELEQRAF
İspaniyanın "Real Madrid" klubu "Real Sosyedad"ın futbolçusu Takefusa Kubo ilə maraqlanır.
Teleqraf "El Gol Digital"a istinadən xəbər verir ki, "kral klubu" yaponiyalı legionerin başqa komandaya keçidinin əleyhinə deyil. Çünki Madrid təmsilçisi oyunçunun keçmiş klubu kimi, onun yenidən satışından böyük faiz alacaq.
Maraqlıdır ki, Kubo müxtəlif vaxtlarda həm "Barselona"nın, həm də "Real Madrid"in sistemində olub, lakin heç bir komandanın heyətində bir dəfə də olsun rəsmi matça çıxmayıb.
Qeyd edək ki, 2024/2025 mövsümündə Takefusa Kubo klub səviyyəsində 36 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı 23 yaşlı vingerə 40 milyon avro qiymət qoyub.