BAKI, 26 fevral. TELEQRAF

BP maliyyə göstəricilərini yaxşılaşdırmaq və gəlirini artırmaq məqsədilə diqqətini qalıq yanacaqlara yönəldəcək.

Teleqraf xəbər verir ki, şirkət bu barədə açıqlamaya verib.

Qalıq yanacağa investisiyaları illik 10 milyard dollara çatdırmağı planlaşdıran BP 2030-cu ilə qədər hasilatını 2,3 - 2,5 milyon barel neft ekvivalenti səviyyəsinə yüksəltməyi hədəfləyir.

Şirkət bərpa olunan enerji, elektrikli nəqliyyat vasitələri və bioqaz kimi enerji keçidi sahələrinə planlaşdırılan illik xərclərini əvvəlki proqnozlarla müqayisədə 5 milyard dollardan çox azaldaraq 1,5-2 milyard dollar səviyyəsində müəyyənləşdirib.

BP-nin baş icraçı direktoru Mürrey Aukinklos şirkətin yeni strategiyası ilə bağlı açıqlamasında gəlirlərini və maliyyə göstəricilərini artırmağı hədəflədiklərini bildirib.

"Qarşıdakı illərdə yüksək marjlı enerji istehsal etməyimizə imkan yaratmaq üçün hasilat yatırımlarını artıracağıq. Enerji keçidi yatırımlarında isə seçici olacağıq. Bu strategiya, uzunmüddətli səhmdar dəyərini artırmağa sarsılmaz şəkildə fokuslanan yenilənmiş BP strategiyasıdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, BP sabiq direktor Bernard Luninin rəhbərliyi dövründə 2020-ci ildə neft və qaz hasilatını 40% azaltmaq və bərpa olunan enerjiyə keçid etmək öhdəliyi götürüb.