
BAKI, 26 fevral. TELEQRAF
Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Teleqraf xəbər verir ki, küçələdə nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.