BAKI, 25 fevral. TELEQRAF

Tovuz rayonunun Əlimərdanlı kəndində “VАZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.