
BAKI, 26 fevral. TELEQRAF
Təmas xətti boyunca Ukrayna münaqişəsini dayandırmaq mümkün deyil, Rusiyanın sərhədləri ölkə konstitusiyasında təsbit olunub.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Bəziləri söyləyirlər ki, gəlin təmas xəttini tərk edək, bura rusundur, ora da ukraynalıların. Birincisi, bu olmayacaq, bizdə xalqın iradəsinin ifadəsinə əsaslanan konstitusiya var.
İkincisi, Ukraynada qalanlar (ruslar) da irqçi qanunlardan azad edilməlidir. Orada qalanlar da var ki, rus dilində danışmağı daha rahat hesab edir, rus mədəniyyətindən gələn əcdadlarının adət-ənənələrini qorumaq istəyirlər”, - nazir bildirib.
Xatırladaq ki, Rusiya 2022-ci il sentyabrın 30-da bir hissəsini işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini anneksiya etdiyini açıqlayıb. Həmin ərazilərin “ilhaq”ı Rusiya konstitusiyasında təsbit olunub.