BAKI, 26 fevral. TELEQRAF

"ING Group" avronun gələn həftə 1,04 dollar və ya daha aşağı düşə biləcəyini proqnozladırıb.

Teleqraf Bloombergə istinadən xəbər verir ki, şirkətin analitikləri avronun bərpa prosesinin çətin olduğunu vurğulayıblar. ABŞ-nin ticarət siyasəti, xüsusilə Kanada və Meksikaya tətbiq ediləcək tariflərə diqqət çəkən, qrupun ekspertləri bildirir ki, avronun dəyərdən düşməsi qaçılmazdı.

Qeyd edək ki, hazırda avro 0,2% ucuzlaşaraq 1,0495 dollar səviyyəsində ticarət olunur.