
TOVUZ, 25 fevral. TELEQRAF
Tovuzda avtomobil körpüyə çırpılaraq yanıb. Avtomobilin sürücüsü Qovlar kənd sakini 2004-cü il təvəllüdlü Rəvan Əlləzov ağır yanıq xəsarətləri alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 443-cü kilometrliyində qeydə alınıb.
Tovuzçayı üzərində olan körpüdən hərəkət edən "VAZ 2106" markalı avtomobil bəndə çırpılıb.
Nəticədə avtomobil anidən alışıb. Sürücü ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Sürücünün bədəninin 60 faizi yanıb. Hadisə yerinə rayon hüquq mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Araşdırma aparılır.