TBİLİSİ, 26 fevral. TELEQRAF

Gürcüstan parlamentinə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət hazırlanacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə fikirlər Tbilisidə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirində səsləndirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev deyib ki, Gürcüstandakı soydaşlarımız və gürcü dostlarımız müvafiq sənəd üzərində işləməlidirlər.

“Artıq zaman yetişib ki, Gürcüstan parlamentində Xocalı faciəsinə siyasi qiymət verilsin”, - diplomat deyib.

Mərasimdə iştirak edən gürcü ekspert Simon Kopadze bildirib ki, bu məsələ ilə bağlı artıq işlərə başlanılıb.