BAKI, 26 fevral. TELEQRAF
İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Seysmik hadisə Bakı vaxtı ilə saat 02:55-də Şimali Sulavesi əyalətinin paytaxtı Manadodan 121 km cənubda qeydə alınıb. Bu şəhərin əhalisi 451 min nəfərdir. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.