
BAKI, 26 fevral. TELEQRAF
Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polis İdarəsi paytaxt İrəvanda dövlət məmurunun evini qarət etməkdə şübhəli bilinən bir qrup şəxsi zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, əməliyyatın bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın sözçüsü Nazeli Baqdasaryanın mənzilinin qarət edilməsi ilə bağlı keçirildiyi bildirilib.
Qarət zamanı Baqdasaryanın mənzilindən külli miqdarda pul oğurlanıb.