
TBİLİSİ, 26 fevral. TELEQRAF
“Əminəm ki, Xocalı qətliamını törətmiş cəlladlar cəzalarına mütləq çatacaqlar”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu gürcü politoloq Simon Kopadze Tbilisidə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirində çıxışında deyib.
O bildirib ki, Gürcüstanın işğal olunan ərazilərində də analoji qırğınlar törədilib.
“Zaman yetişəcək və Abxaziyada, Qaqrada insanlıq əleyhinə törədilmiş amansız cinayətləri törədənlər də ədalət məhkəməsinə çıxarılacaqlar”, - ekspert qeyd edib.
Politoloqun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində dinc ermənilərə qarşı heç bir qisas addımı atmadı, bir nəfər də olsun dinc vətəndaş həyatını itirmədi.
S.Kopadze qeyd edib ki, Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, ləyaqətini də bərpa edib.