
BAKI, 25 fevral. TELEQRAF
Dünən axşam saatlarında Nəsimi rayonu 3-cü mikrorayon ərazisində intihar hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, fevralın 24-ü saat 19 radələrində Alı Mustafayev küçəsi 23 ünvanında yerləşən mağazanın zirzəmisindən Şamaxı rayon sakini 1994-cü il təvəllüdlü A.Məhərrəmovun meyiti tapılıb.
Onun özünü asaraq intihar etdiyi məlum olub.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.