
BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə Yunanıstan arasında ikitərəfli əlaqələr, regional və qlobal inkişaflar müzakirə edilib.
Yunanıstanın baş naziri türkiyə prezidentini ad günü münasibətilə təbrik edib.