BAKI, 26 fevral. TELEQRAF

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, Numan Kurtluş "X" hesabında bu sözləri qeyd edib:

"Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilmiş 613 qardaşımızın ağrısını qəlbimizlə duyur, Azərbaycan xalqının kədərini bölüşür, itkilərimizi rəhmətlə yad edirik. Bu münasibətlə hər platformada dost və qardaş Azərbaycanın tərəfdarı olduğumuzu bir daha bildirir və “Bir millət, iki dövlət” anlayışı ilə həmrəyliyimizi əbədi olaraq davam etdirmək əzmində olduğumuzu vurğulayıram".